Filmlərdən öyrən
Bildiyiniz kimi blog’umda hər zaman faydalana və sizlərə dili daha
rahat, eyni zamanda əyləncəli, bununla yanaşı effektiv öyrənə biləcəyiniz
üsullar haqqında məlumat verirəm.
Bu gün isə filmləri izləyərək necə öyrənə biləcəyiniz haqqında məlumat
vermək istəyirəm. Bəli, filmə baxaraq öyrənmək üçün də müəyyən qaydalar və
yollar vardır.
İlk öncə beginner və elementary səviyyələrində (hansı ki, ingilis dilində ilk 2 səviyyə
sayılır), qısa videolar izləməkdən başlayın. Bu, “6 minutes English”, “TED
video” və ya qısa 5-6 dəqiqəlik istənilən, rahat anlaya biləcəyiniz bir video
ola bilər. Dil səviyyəniz artdıqca, yəni pre-intermediate və intermediate
olduqda (hansı ki, ingilis dilində növbəti 2 səviyyə sayılır), cizgi filmlərinə baxmaqdan
başlayın. Bəli, bəli düz oxudunuz məhz cizgi filmləri, çünki pre-intermediate səviyyəsinə
keçəndə siz hələ də dili filmə baxacaq dərəcədə mənimsəmiş olmursuz. Bu isə
haqq;nda danışdığımız səviyyənin
elementary və intermediate arasında keçid səviyyə olması ilə əlaqədardır. Cizgi
filmlərini bacardıqca qısa seçin və alt yazılı baxın, beləcə sözləri həm dinləmiş,
həm görmüş, həm də ki, anlamış olacaqsınız. Müəyyən müddət keçdikdən sonra isə,
məsələn 3 cizgi filminə baxıb tam anladığınız zaman, artıq filmlərə keçid edə
bilərsiniz. Yenə də alt yazılı baxın. Intermediate və ondan yuxarı olan bütün səviyyələrdə isə alt
yazıdan istifadə etməyin və filmə öz dilinizdə baxdığınız kimi baxın. Bu sizə
dilin daşıyıcıları (xaricilər, ingilislər, amerikalılar və s. ) kimi düşünməyi
öyrədəcək. 💡
Zamanla tərcüməyə ehtiyyac duymayacaqsınız və beyniniz istənilən cümləni
öz dilinizdəki kimi anlayacaq. Bu üsulun başqa bir üstünlüyü isə odur ki,
baxdıqda siz vizual olaraq oyrənəcəksiniz, sözün harada və necə işləndiyini biləcəksiniz,
hərəkətlərdən, jest və mimikalardan nə deyildiyini anlayacaqsınız. Beləcə, daha
təbii üsulla öyrənmiş olacaqsınız.
Ümid edirəm ki, məqaləm sizlər üçün faydalı oldu. Suallarınız yaranarsa
blog'da və ya instagram səhifəsinə yazaraq, həmçinin komment bolməsində
suallarınızı qeyd edərək soruşa bilərsiniz. Uğurlar. 😇
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.

Comments
Post a Comment