Bu gün sizə "also", "too", "as well” və "either"nin mənası və fərqlərindən danışacam.
Hər üç söz zərf olmaqla "həmçinin" kimi tərcümə olunur, lakin onlar hər yerdə və həmişə bir-birini əvəz edə bilirmi ?
Bu sözlər eyni mənanı versə də, fərqli məqamlarda və cümlənin müxtəlif hissələrində işlənir.
İndi isə sizə onların harada və necə işləndiyi haqında məlumat verəcəm.
"Also" - daha formaldır, yazıda daha geniş, şifahi dildə isə daha az istifadə olunur. Təsdiq cümlələrdə işlənir.
Əsas feildən əvvəl işlənir:
She works very hard but she *also* _go_ to the gym every week. ( O çox gərgin işləyir, amma o hər həftə idman zalına da ( həmçinin ) gedir. )
Modal feil və "to be"dən sonra işlənir:
I _can_ *also* swim. ( Mən üzə də ( həmçinin) bilirəm. )
I am *also* a student. ( Mən də (həmçinin) tələbəyəm )
Əvvəlki fikri qüvvətləndirmək və ya yeni fikir əlavə etmək üçün cümlənin əbbəlində işlədilir:
It’s ( is ) very humid. *Also*, you can easily get sunburnt. ( Çox nəmişlidir. Həmçinin, günəş asanlıqla səni yandıra bilər. )
❗️İnkar cümlələrdə işlənmir.
"Too" - əsasən danışıq və qeyri-formal ingilis dilində istifadə olunur. Təsdiq cümlələrdə işlənir. Adətən cümlənin sonunda işlənir:
I’d ( would ) like to come, *too*. ( Mən də (həmçinin) gəlmək istərdim ).
❗️"Too" sifətin qarşısında gələndə "həddindən artıq", "çox" mənasını verir.
This bag is too big to carry. ( Bu çanta daşımaq üçün həddindən artıq ağırdır. )
❗️❗️İnkar cümlələrdə işlənmir.
"As well” - daha çox danışıq dilində geniş istifadə olunur. Təsdiq cümlələrdə işlənir. Cümlənin sonunda işlənir.
Are you coming *as well* ? ( Sən də ( həmçinin ) gəlirsən ? )
❗️Demək olar ki həmişə, əksəriyyət hallarda cümlənin sonunda gəlir.
❗️❗️İnkar cümlələrdə işlənmir.
"Either” - cümlənin sonunda inkar cümlələrdə işlənərək "also", "too" və "as well” zərflərini əvəz edir.
Bill’s ( is ) not here. I don’t think Dave *either*, is he ? ( Bil burada deil. Düşünmürəm ki Deyv də, elə deilmi? )
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə facebook səhifəmizi izləyin.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə facebook səhifəmizi izləyin.
Comments
Post a Comment