Sözönü nədir?
Məsələn:
The
ice-cream with chocolate is mine.
Şokoladlı dondurma mənimdir.
Sözönü yoxsa zərf?
Bəzən
sözönü siyahısındakı bəzi sözlər sözönü birləşmələrində (under the table (stolun altında), down
the street (küçə aşağı), in front of the door (qapının qarşısında) və s. ) istifadə edilmir. Onlar sözönü
deyildir.
Məsələn:
A. The
cat ran down the tree.
Pişik
ağac aşağı (yuxardan aşağıya doğru) qaçaraq endi.
B. Put the ice-cream down.
Dondurmanı yerə (aşağı) qoy.
Dondurmanı yerə (aşağı) qoy.
Necə
düşünürsüz bunlardan hansı söz önüdür? Bəli, cavab A-dır, çünki A cümləsində,
"down” sözönü birləşməsidir- “down the tree”, amma B cümləsində “down”
cümlənin sonundadır və “put” feilinə (put the ice-cream (where?) down) aiddir
və zərfdir.
İngilis dilində çox sayda sözönü vardır və bu dildə olan digər qrammatik
qaydalar kimi onların da istisnaları vardır. Ən çox istifadə olunan
sözönülərindən bəziləri:
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Preposition-sözönü
Adverb-zərf
Adjective-sifət
|
Ən çox
istifadə olunan sözönülər “in”, “on” və “at”dir, hansılar
ki, daha çox zaman ifadələri ilə
işlədilir. Indi isə onların işlənmə məqamlarından məlumat verim.
1. “At”
ilə işlənən zaman ifadələri:
a. xüsusi vaxtlarla- at three o’clock / at 5:13pm
b. günün
hissələri ilə - at noon / at midday / at night / at midnight
c. müəyyən
hadisələrin baş verdiyi günün hissələri ilə - at breakfast / at dinner / at lunchtime
d.
festival və xüsusi günlərlə - at Easter, at Eid
e.
həftəsonu ilə - at the weekend
2. “On”
ilə işlənən zaman ifadələri:
a. xüsusi tarixlərlə - on 3rd May / on 13th
October
b. xüsusi
günlərlə - on Christmas Day / on New Year's Eve
c. həftənin
günləri ilə - on Monday / on Mondays
3. “İn”
ilə işlənən zaman ifadələri:
a. günün
hissələri ilə (bunlar stabil birləşmələrdir)- in the morning / in the afternoon
/ in the evening
b.
fəsillərlə - in spring / in summer / in autumn / in winter
c. illərlə - in 1996
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.

Comments
Post a Comment