Danışığı inkişaf etdirmək üçün 3 üsul
Bu məqaləmdə sizə danışığınızı
inkişaf etdirə biləcəyiniz 3 üsuldan və onların tətbiqindən yazacam.
Hər zaman qeyd etdiyim kimi, demək istəyirəm ki, danışıq istənilən dilin ən önəmli və əsas bölmələrindən biridir. Qeyd edəcəyim bu 3 üsulu isə nəinki ingilis dilinə, həmçinin digər dillərə də tətbiq edərək öyrənə bilərsiniz:


2. Mətn:
Çox uzun olmayan 10-15 cümləlik (cümlə sayı çox da ola bilər, bu sizin dil səviyyənizdən asılıdır (beginner, elementary, pre-intermediate və s.)) bir mətni səsli oxuyun, onu tam anlayın, lazım gələrsə tərcümə də edin, sonra isə öyrənin. Həmin mətni özünüzə yenidən səsli olaraq danışın. Bu üsulla siz həm dil biliklərinizi, həm də yaddaşınızı inkişaf etdirmiş olacaqsınız. Bu dil biliklərinizi artırmaq üçün çox effektli üsullardan biridir.
3. Musiqi:
Bu isə ən sevdiyim üsuldur. Hər kəsin xarici dildə sevdiyi və dinlədiyi bir
musiqi vardır əlbət ki. Biz də bir dili öyrənmək üçün sevdiyimiz üsullardan
istifadə etməliyik ki, o dili daha mükəmməl və yorulmadan öyrənək. Belə ki, həmin
bu üsul ən qısa vaxtda ən effektiv üsullardandır. İstifadə etdikdə özünüz də
şahidi olacaqsınız.
Keçək üsula, öncə sevdiyiniz həmin musiqini bir dəfə dinləyirsiniz, sonra o musiqinin sözlərini taparaq oxuyursunuz və lazım gələrsə, anlamadığınız təqdirdə, tərcümə edir və sözlərini öyrənirsiniz, həmçinin internet vasitesi ilə ən yaxşı bildiyiniz dildə həmin musiqinin sözlərini tərcüməsi ilə tapıb oxuya bilərsiniz (bir çox hallarda bu dil (musiqinin sözlərinin tərcüməsini tapacağınız) doğma diliniz olacaq), daha sonra isə həmin musiqini istənilən məkanda, istənilən saatda (qulaqcıq vasitəsi ilə daha yaxşı olar) dinləyərək səsli şəkildə oxuyursunuz, əlbətdə ki, ifaçının tələffüzünə və sözlərin deyilişinə fikir verərək, amma bu çox da çətin olmayacaq, çünki siz musiqinin ritminə və sürətinə uyğun olaraq oxuyacaqsınız. Bir həftədən sonra musiqini dəyişərək digərinə keçə bilərsiniz, amma ilk dinlədiyiniz musiqini səlis oxuduğunuzdan əmin olduqdan sonra.
❗ Musiqinin tələffüzünə mütləq diqqət yetirin. "Let her go" və "Impossible" kimi musiqiləri tövsiyyə edərdim.
❗❗ Öncə həzin musiqilərdən başlayın ki, həvəsdən düşməyəsiniz və öyrənməyiniz də asan olsun.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
Hər zaman qeyd etdiyim kimi, demək istəyirəm ki, danışıq istənilən dilin ən önəmli və əsas bölmələrindən biridir. Qeyd edəcəyim bu 3 üsulu isə nəinki ingilis dilinə, həmçinin digər dillərə də tətbiq edərək öyrənə bilərsiniz:

1. Güzgü:
Sadəcə 5-10 dəqiqənizi alacaq bir üsuldur. Güzgünün qarşısında dayanaraq
özünüzlə danışın, məsələn, özünüzü tərifləyin (bu həm xasiyyət, həm də
görünüşünüz ola bilər). Beləcə həm motivasiyanız yüksəlmiş olacaq, həm də
ingilis dilində danışmış olacaqsınız. Hər dəfə yeni bir mövzu götürüb onun
haqqında danışın və beləcə hər sahə üzrə söz və cümlə qurmağı öyrənmiş
olacaqsınız.

2. Mətn:
Çox uzun olmayan 10-15 cümləlik (cümlə sayı çox da ola bilər, bu sizin dil səviyyənizdən asılıdır (beginner, elementary, pre-intermediate və s.)) bir mətni səsli oxuyun, onu tam anlayın, lazım gələrsə tərcümə də edin, sonra isə öyrənin. Həmin mətni özünüzə yenidən səsli olaraq danışın. Bu üsulla siz həm dil biliklərinizi, həm də yaddaşınızı inkişaf etdirmiş olacaqsınız. Bu dil biliklərinizi artırmaq üçün çox effektli üsullardan biridir.
3. Musiqi:

Keçək üsula, öncə sevdiyiniz həmin musiqini bir dəfə dinləyirsiniz, sonra o musiqinin sözlərini taparaq oxuyursunuz və lazım gələrsə, anlamadığınız təqdirdə, tərcümə edir və sözlərini öyrənirsiniz, həmçinin internet vasitesi ilə ən yaxşı bildiyiniz dildə həmin musiqinin sözlərini tərcüməsi ilə tapıb oxuya bilərsiniz (bir çox hallarda bu dil (musiqinin sözlərinin tərcüməsini tapacağınız) doğma diliniz olacaq), daha sonra isə həmin musiqini istənilən məkanda, istənilən saatda (qulaqcıq vasitəsi ilə daha yaxşı olar) dinləyərək səsli şəkildə oxuyursunuz, əlbətdə ki, ifaçının tələffüzünə və sözlərin deyilişinə fikir verərək, amma bu çox da çətin olmayacaq, çünki siz musiqinin ritminə və sürətinə uyğun olaraq oxuyacaqsınız. Bir həftədən sonra musiqini dəyişərək digərinə keçə bilərsiniz, amma ilk dinlədiyiniz musiqini səlis oxuduğunuzdan əmin olduqdan sonra.
❗ Musiqinin tələffüzünə mütləq diqqət yetirin. "Let her go" və "Impossible" kimi musiqiləri tövsiyyə edərdim.
❗❗ Öncə həzin musiqilərdən başlayın ki, həvəsdən düşməyəsiniz və öyrənməyiniz də asan olsun.
Ümid
edirəm ki, digərləri kimi, bu blog yazım da hər kəsə faydalı oldu. Əgər suallarınız
yaranarsa həm blog’a, həm də instagram səhifəsinə yazaraq (komment kimi
yazsanız daha yaxşı olar ki, digər şəxslər də oxuyub yararlana bilsin) soruşa
bilərsiniz. 😇
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
👏👍
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDeleteSevdim həqiqətən bu postu.. belə davam edin mence
ReplyDeleteEhsen, Halal olsun
ReplyDelete