Gray yoxsa Grey?
Hər iki söz tərcümədə eyni mənanı verir, lakin onlar arasında bir sıra fərqlər vardır. Bu
gün bu haqda danışmaq istərdim.
1. İlk və ən çox
bilinən fərqi odur ki, "gray" Amerikan, "grey" isə Britan
ingiliscəsində daha geniş yayılmışdır.
Ps. Bunu yadda
saxlamaq üçün kiçik bir sirr verim, Amerika sözündə “a” hərfi vardır və
həmçinin "gray" sözü "a" ilədir, Britan ingiliscəsi isə
İnqiltərədə istifadə olunur, "England" sözü də “e” ilə başlayır və
həmçinin "grey" sözündə də "e" vardır.
2. İkinci bir fərqi
daha çox rəng bildirməsi ilə, sənətlə və rəssamlıqla ( məsələn: şəklə kölgələr
verərkən və ya tonunu seçərkən istifadə oluna bilər ) bağlıdır. Belə ki,
"gray" sadəcə ağ və qaranın qarışığı olduğu halda, "grey"
az da olsa mavi rəgi özündə cəmləyir.
3. "Gray"
dəyişkəndir və fərqli nitq hissələri kimi istifadə oluna bilir.
a) İsim kimi işlənəndə
rəngin kölgəsinə xitabən işlənir.
Məsələn:
The walls were painted
an ominous shade of gray.
Divarlar bozun qorxulu
çaları (kölgəsi) ilə rənglənmişdir.
b) Sifət kimi
işlənəndə rəngi, həmçinin əşya və ya insanın nəyəsə marağı olmamasını və
xaraktersizliyini də ifadə edə bilir.
Məsələn:
They marched onward,
as a line of gray, faceless men.
Onlar nizamla boz,
simasız kişilər kimi irəliləyirdilər.
c) Feil kimi işlənəndə
yaşlanmaq mənasına gəlir.
Məsələn:
David’s hair began
graying as a teenager.
Davidin saçları gənc
ikən bozarmağa (ağarmağa) başladı.
❗️Bunların hamısına
baxmayaraq xüsusi hallar var ki, onlarda bu iki sözü əvəz etmək olmaz.
1. Kiminsə soyadı
"Grey"dirsə onun əvəzinə "Gray" demək olmaz.
2. Heyvanın rəngi ilə
heç bir əlaqəsi olmamasına baxmayaraq, it cinsi olan "greyhound" heç
bir zaman "grayhound" deyilə bilməz. Həmçinin, eyni adda olan
"Greyhound" avtobus servisi kompaniyası üçün də eynisi
doğrudur.
3. Enerjini ölçüsü
olan "gray". Bir "gray" yüz "rads"a bərabərdir.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
Gündəlik paylaşımlarla ingilis dilinizi təkmilləşdirmək istəyirsinizsə Instagram səhifəmizi izləyin.
Comments
Post a Comment