Bu sizə blogumda təqdim etdiyim ilk məqaləmdir.
Məqsədim insanlara ingilis dilini öyrətmək və onu kəşf etməyə kömək etməkdir.
Üstəlik, mən bizim bunu zövqlə etməyimizi istəyirəm və inanıram ki, bu
mümkündür 😌.Başladıq.
İlk öncə dili necə öyrənəcəyinizdən danışmamış
özümün bu dili necə öyrəndiyimdən danışacam.
Birincisi, inanın mənə, hətda bildiyiniz və tanıdığınız ən yaxşı ingilis
dili müəllimi belə bu dili öyrnməyə başlayarkən siz hiss etdiklərinizi hiss
edib. Bizləri StepbyStepEnglish-də bir araya toplayan məqsəd isə bu dili dərindən
və mükəmməl öyrənmə istəyimizdir. Ona görə də bütün bildiklərimi sizə daha
rahat və sadə dildə çatdırmağa çalışacam ki, əziyyət çəkmədən bu dili mənimsəyəsiz.
Bir dili öyrənmək istəyiriksə, ilk öncə onun söz və qrammatikasından
başlamalıyıq 😊.
Bunlar tək ingilis dili üçün deyil, istənilən bir dil üçün vacibdir. Mən isə
bir çox insanın etdiyi kimi sözləri lügətlərdən əlifba sırası ilə əzbərləyərək
deyil, onları mövzulara bölərək daha sadə və maraqlı şəkildə öyrənmişəm, məsələn,
heyvanlar, musiqi, film və s. Bu sözlərdən
cümlə qurmağa başlayanda qrammatikaya ehtiyac yarandı və asan qrammatika və sözlərlə danışmağa
başlayıb getdikcə hər ikisini daha da artırdım, təkmilləşdirdim.
Işin bir hissəsi əvvəlcə cümlələrin, sonra isə mətnlərin başa düşülməsi
idi. Bu mənə ingilis dili ilə ana dilim arasındakı fərqləri daha aydın şəkildə
göstərmiş oldu. Lakin bu, xarici dildə onun daşıyıcıları kimi sərbəst və rahat
danışmağın yolu deyildi. Bu dili öyrənməyimdə yeni mərhələ isə kifayət edəcək qədər
söz və qrammatika bildiyim anda başladı. Mən begginer səviyyəsindən advance-a
kimi səviyyə kitabları 📖 oxumağa başladım,
danışığı gücləndirmək üçünsə mütəmadi danışıq klublarına gedib speakingimi gücləndirdim.
Əlbətdə ki, çoxları kimi mən də uğursuzluqlar, nailiyyətlər, düşmələr və
qalxmalar yaşadım. Nəsə səf gedəndə və ya alınmayanda özüm-özümə " Mən
bunu edə bilmərəm", " Mənlik deyil ", "Öyrənmək çox çətindir"
və s. deyə düşünürdüm. Lakin, məni ilhamlandıran və bu yolla aparan bir çox
amildən biri də yuxarıda qeyd etdiyim kimi, məqsədim və xəyalım idi. Hər zaman
kədərli və pis hiss etdiyim zaman özümə, "niyə?", "niyə bu
yoldasan", "niyə öyrənirsən", "nə əldə edəcəksən”, “bu dili
öyrənmək sənə nə verəcək" və s. kimi suallar verirdim. Sonra isə ruhlandırıcı sözlər, motivasiya
verici mətnlər oxumağa başladım və mənim məqsədim ölçülə bilən olduğundan, nəhayət
"Bunu edəcəm!" dedim və etdim, mən hələ də bunu etməkdə davam edirəm,
öyrənməkdə davam edirəm, çünki bu mənim arzumdu, bu mənim məqsədimdi.
Bundan əlavə, öyrənməklə kifayətlənməyib, mənim kimi bu dili bilmək istəyən
hər kəsə kömək etməyi və onu öyrətməyi qərara aldım. Mən inanıram ki, bizim hər
birimiz bunu edə biləcək qədər gücə və istəyə malikik, yetər ki, arzu və istəklərimiz
olsun, motivasiyamiz olsun. Məqsəd ölçülə biləndirsə və biz də qərarlıyıqsa,
biz istədiyimiz müddətcə edə bilməyəcəyimiz nəsə yoxdur 💪🏻😎.
Daha çoxu üçün Stepbystep English səhifəsini izləyə bilərsiz
Daha çoxu üçün Stepbystep English səhifəsini izləyə bilərsiz
Comments
Post a Comment